Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza Saray qəsəbəsinə gedən yeni yolda qeydə alınıb.

"Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.