Ukraynanın paytaxtı Kiyev şəhərində İŞİD terror təşkilatının liderlərindən olan şəxs saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, beynəlxalq axtarışda olan terrorçu xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

Məlumata əsasən, saxlanılan İŞİD lideri Ukraynaya saxta sənədlə daxil olub. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs Suriya və İraqdakı döyüşlərə qatılıb və bir sıra terror hücumlarının təşkilində iştirak edib.