Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Faik Öztrak koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, , bu barədə Faiq Öztrak özünün twitter səhifəsində yazıb.

COVID-19 testinin pozitiv çıxdığını qeyd edən CHP sözçüsü səhhətinin normal olduğunu, bir neçə həftə evdən fəaliyyət göstərəcəyini bildirib.

F. Öztrak yaxın günlərdə onunla maskasız ünsiyyətdə olan hər kəsin müayinədən keçməsini xahiş edib.