Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İran İslam Respublikasından "yuyucu toz" yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi "Dong Feng" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük yoxlaması həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı ehtiyat hissələri üçün nəzərdə tutulmuş yeşikdə olan plastmast qabın yandan kəsilərək içərisinə yerləşdirilmiş 10 ədəd "İPhone 11" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.