Sumqayıtda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də şəhər ərazisindəki mağazaların birindən 1 300 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini H.Nurəliyev saxlanılıb.