Türkiyənin Mardin vilayətinin Midyat rayonunda ağır yol qəzası baş verib.

Unikal.org “Anadolu”ya istinadən xəbər verir ki, Midyat-Darkeçid avtomobil yolunun 10-cu kilometrliyində yük avtomobili traktor və minik maşını ilə toqquşub.

Avtoqəza nəticəsində 6 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.