Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində 4 nömrəli şəhər xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər sakini Amil Almuradov idarə etdiyi "10 0B 677” dövlət nömrə nişanlı "VAZ 2107” markalı avtomobili yol ayrıcındakı işıq dirəyinə çırpıb.
Zərbənin gücündən işıq dirəyi yerindən qopub, idarəetmədən çıxan avtomobil isə aşıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılan sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.