Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza şəhərin Sahil küçəsində baş verib. Belə ki, “Mercedes” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 4 nəfəri bir ailənin üzvüdürlər.
Faktla bağlı araşdırma aparılır.