Qaxda minik avtomobili yük maşını ilə toqquşub.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki. hadisə şəhərin giriş hissəsində baş verib.

Belə ki, Agdaş rayon sakini 1987-ci il təvəllüdlü Şirinov Elvin Oqtay oğlunun idarə etdiyi "Ova" markalı ağır tonnajlı yük avtomobili ilə Qax rayon Qaratala kənd sakini 1991-ci il təvəllüdlü Qurban Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan  bir qadın müxtəlif bədən xəsarətləriylə Qax rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla baglı araşdırma aparılır.