PSJ keçən mövsüm "Sevilya"dan icarəyə götürdüyü futbolçunu heyətinə qatıb.

Unikal.org xəbər verir ki, "Paris Sen-Jermen" Serxio Rikonu birdəfəlik transfer edib. Fransa klubu oyunçu ilə 4 il müddətində müqavilə imzalayıb. PSJ-nin oyunçu üçün "Sevilya"ya 6 milyon avro ödədiyi bildirilir.

Serxio Riko keçən mövsüm 10 matçda PSJ-nin qapısını qorumuşdu.