“The Godfather 3” filmində dəyişikliklər gözlənilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, rejissor Frensis Ford Koppola "Xaç atası 3" filmini yenidən redaktə etmək, həmçinin filmin başlanğıcı ilə sonunu dəyişdirmək niyyətindədir.
Yeni versiya filmin 30-cu ildönümü münasibətilə dekabr ayında satışa çıxarılacaq, lakin məhdud icarə ilə. Yalnız bundan sonra film striminq platformalarında izlənilə bilər.

Qeyd edək ki, "Xaç atası 3" filmi 1990-cı ildə ekranlara çıxıb.