Luka Modriç "Real Madrid" ilə bağlı Eden Hazarda xəbərdarlıq edib.

Unikal.org xəbər verir ki, Luka Modriç ötən mövsüm zədələri səbəbindən "Real Madrid"də yaxşı çıxış edə bilməyən Eden Hazarda məsləhət verib. Modriç Hazarda zədələnmə dolu ilk mövsümündən sonra 100%-lik göstərici ilə çıxış etməli olduğunu bildirib.

"Bəlkə də indi Edenin oynamayıb özünü yaxşılaşdırmağa ehtiyacı var, lakin gələn mövsüm ona ehtiyacımız olacaq. Bu onun hər şeyi öyrəndiyi mövsümdür, amma növbəti mövsümdə Eden 100%-lik göstərici ilə çıxış etməlidir, yoxsa çətin olacaq", - deyə xorvatiyalı oyunçu qeyd edib.

2019-cu ildə  "Çelsi"dən transfer olan Eden Hazard "Real Madrid" ilə 22 matça çıxıb və cəmi bir qol vurub.