Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxma halları artır.

Unikal.org xəbər verir ki, koronavirusa 7 yeni yoluxma qeydə alınıb.

Bununla, işğal atında olan Azərbaycan ərazilərində koronavirusa yoluxanların sayı 295 nəfərə çatıb. Onlardan 265 nəfər sağalıb, 28 nəfərin müalicəsi davam etdirilir, 55 nəfər isə hazırda təcrid olunmuş vəziyyətdədir.