Məşhur müğənni Can Bonomo həyat yoldaşı aktrisa Öykü Karayellə birlikdə çıxdıqları tətil gündəm olub. 
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni Can Bonomo və həyat yoldaşı tətilə Öykü Karayelin keçmiş sevgilisi Bartu Küçükçağlayan ilə birgə gediblər. 
Jurnalistlərə açıqlamasında isə Can Bonomo: "Bartu mənim yaxın dostum, Öykü isə həyat yoldaşım və ən sevdiyim insandır. Artıq 2020-ci ildəyik", - deyə müsahibə verib.