Məşhur kanadalı müğənni Castin Biber həyat yoldaşı amerikalı model və teleaparıcı Heyli Biberə 25 milyon dollar dəyərində malikanə bağışlayıb.

Unikal.org  xəbər verir ki, bu barədə "Е-onlayn" portalı məlumat yayıb.

1000 kv.m-dən çox sahəsi olan ev məşhur Beverli Hillsdə yerləşir.

Malikanədə tennis kortu və hovuz da var.

Castin və Heylinin qonşuları məşhur simalar Eddi Mörfi, Silvestr Stallone, Sofiya Verqara və Denzil Vaşinqtondur.