FİDE şahmatçıların sentyabr reytinqini açıqlayıb.

Unikal.org-un məlumatına görə, koronavirus pandemiyası üzündən hesabat dövründə heç bir görüş keçirilmədiyindən siyahıda cüzi dəyişikliklər baş verib.

Siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb. “Top-100”də 5 kişi qrossmeysterimiz qərarlaşıb. Teymur Rəcəbov 2765 xalla 9-cu, Şəhriyar Məmmədyarov 2764 xalla 11-ci pillədə qalıb. Bir pillə irəliləyən şahmatçılarımızdan Qədir Hüseynov 2665 xalla 71-ci, Nicat Abasov 2664 xalla 73-cü yerdə qərarlaşıb. Bir addım geriləyən Rauf Məmmədov 2654 xalla 92-ci pillədə yer alıb.

Bu siyahıda ilk “üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadınlar şahmatçılar arasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 75-cı, Xanım Balacayeva (2376) 85-ci pillədə qalıb. 

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.