Aprel ayında nişanlanan məşhur türk aktyoru Onur Buldu, nəhayət, ailə qurub. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyorun toyu pandemiya səbəbi ilə təxirə düşmüşdü. "Güldür güldür" kimi tanınan məşhur proqramın aktyoru Onur Buldunun həyat yoldaşı isə ingilis dili müəlliməsi Duyğu Kozdur.

Cütlük özəl günlərinin fotolarını sosial şəbəkələrdə paylaşaraq sevinclərini izləyiciləri ilə bölüşüblər.