“Portlend Treyl Bleyzers” klubunun keçmiş basketbolçusu Klifford Robinson 53 yaşında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Milli Basketbol Assosiasiyasının (MBA) saytında məlumat verilib.  

Eks-idmançı avqustun 29-da vəfat edib.

Qeyd edək ki, Robinson MBA-da 18 mövsüm çıxış edib. Onun hesabında 1380 matç var. “Portlend Treyl Bleyzers”lə yanaşı o, həmçinin “Detroyt Pistons”, “Qolden Steyt Uorriorz”, “Nyu-Cersi Nets”də oynayıb. 1994-cü ildə Robinson MBA Ulduzlarının matçında iştirak edib. Amerikalı karyerasını 2007-ci ildə başa vurub.