“Həkimlər bu gün ön cəbhədə mübarizə aparan qəhrəmanlardır”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mübarizə bitdikdən sonra həkimlərin mükafatlandırılması və təltif edilməsi həyata keçiriləcək.