Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.  

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində, rayonun Zərdabi kəndi ərazində qeydə alınıb.  

"BMW" markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.