Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. 

Unikal.org xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.  Bildirilib ki, 5 saylı poliklinikanın həkimi Təranə Quliyeva COVID-19-a yoluxub. 

Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edilib ki, o, yoluxmuş xəstələrlə ünsiyyət zamanı amansız virusa tutulub.