Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 24-nə olan statistik göstəriciləri açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 7365 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 335 nəfər reanimasiyada, 69 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 29 312 nəfər virusa yoluxub, 21 547 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 9037 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 667 819 test aparılıb.

Qeyd edək ki, bu gün 332 koronavirusa yoluxma faktı qeydə alınıb, 9 nəfər dünyasını dəyişib, 573 nəfər sağalıb.