Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinirn Gəncə regional qrupundan məlumat verilib.

Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin əməkdaşları iyul ayının 22-də rayonun Toğanalı kəndi ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir şəxsi görərək dərhal ona yaxınlaşıblar. Onun üzərində heç bir sənəd olmadığından və eşitmə-danışma qabiliyyətinin olmamasına görə özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Bölməsinə gətiriblər.

Hazırda həmin şəxsin yaxınları axtarılır.

Tapılan şəxsin əlamətləri belədir: Boyu 168 sm, arıq bədən quruluşlu, qısa  saçlıdır. Tapılan zaman onun əynində uzunqol köynək və qara şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə 0222052279; 055-591-31-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.