“WhatsApp” messenceri bir akkauntu eyni zamanda dörd qurğuda istifadə etməyə imkan verəcək. 

Unikal.org xəbər verir ki, bu barədə “WABetaInfo” portalı yazır.

Portal qeyd edir ki, bu funksiya hələlik hazırlanma mərhələsindədir.

Məlumata əsasən, funksiya istifadəçilərin ixtiyarına verildikdə, onların qurğusunda xüsusi “Linked Devices” (“Əlaqələndirilmiş qurğular”) bölməsi peyda olacaq. İstifadəçilər onun vasitəsilə yeni qurğuları əlavə edə biləcəklər.