Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat olub.

Unikal.org-un məlumatına görə, Vüsal Abdullayev Xəstəxananın baş həkimi vəzifəsinə təyin edilib.

Bu barədə V.Abdullayev özü “Facebook” səhifəsində məlumat verib: “Bir həftədir ki, Bakidakı işimdən-Mərkəzi Klinik Xəstəxanadan öz istəyimlə azad olundum. Buna səbəb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) nəzdində fəaliyyət göstərən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmağımdır".