Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 59 nəfərdir.

Bu barədə Unikal.org-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Qeyd edilir ki, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 317 nəfərə çatıb.

Bu gün Azərbaycanda koronavirusla bağlı 7 355 test aparılıb. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin ümumi sayı 537 230-a çatıb.