Ötən həftə Qaradağ rayonunda Daxili Qoşunların əsgərinə qarşı hörmətsizlik edərək, nalayiq ifadələr işlədən şəxs cəzalanıb.

Unikal.org xəbər verir ki, həmin şəxs 34 yaşlı Orucəli Zərbəliyev Qaradağ rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olunub.

Faktı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən  təsdiqləyiblər.