Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Cəlil Məmmədquluzadə küçəsində 2013-cü il təvəllüdlü Nurullayev Ömər Elvin oğlunu yaşadığı evin yanında avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.