Vətənin bərpasına yönəldilmiş reformadan sonra Rusiya Prezidenti Vladimir Putinə mütləq əbədi tarixdə qalmaq üçün titul verilməlidir. 

Unikal.org xəbər verir ki, bunu “Qovorit Moskva”ya müsahibəsində Dövlət Dumasının büdcə və vergilər komitəsinin üzvü Yevgeni Fyodorov bildirib.

O vurğulayıb ki, tarixi keçmişdə də Rusiya və ya Rusun böyük liderlərinə titul verilirdi.

Parlamentari Putini Vladimir-Birləşdirici adlandırmağı təklif edib. O qeyd edib ki, keçirilən səsvermə sadəcə xalqın ölkənin 1945-ci sərhədləri hüdudlarında bərpasına razılığı və prosesin başlanmasının göstəricisidir.