Tibb işçiləri arasında yoluxma 8 faizə qədər təşkil edir. Bunların böyük əskəriyyəti evlərdən daşınan infeksiyalardır.

Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, digərləri isə xüsusi rejimli xəstəxanalarda deyil, başqa tibb müəssisələrində olanlardır.

“Mərkəzi Neftçilər Xəstəxanasında 7 nəfər tibb işçisi koronavirusa yoluxub ki, onlardan 4-ü xəstəliyi evdə yoluxub”.