Azərbaycanda koronavirusla bağlı 25 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 7274 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 449 235-ə çatıb.
Reanimasiyada olan xəstə sayı 174, süni tənəffüs cihazında olan xəstə sayı 32-dır.

İndiyədək ölkədə ümumilikdə 14 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 6 613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.