Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə onun onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev məlumat verib.
O bildirib ki, icra başçısının müavini ötən gecə vəfat edib: “Edilən müalicələrə baxmayaraq gecə saat 01:45-də dünyasını dəyişdi".