Koronavirusa yoluxma sayının artmasının səbəbi nədir?

Unikal.org xəbər verir ki, bu suala TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev Xəzər TV-nin efirində cavab verib. O bildirib ki, yumşaldılmaya gedəndən sonra yoluxmanın sayının artması gözlənilən idi:

"Bizim tövsiyə etdiyimiz qaydalara riayət edən vətəndaşlar var. Virusa inanmayan insanlarımız da kifayət qədərdir. Bu, bizim təsdiq etdiyimiz rəqəmlərdi. Bəzi insanlar həkimə müraciət etmirlər. Pozitiv olub özünü evdə müalicə edənlər var. Sonda xəstəxanaya gec üz tuturlar. Hətta xəstəliyi öz yaxınlarından belə gizlədirlər.

Bu şəxslər virus daşıyıcısı olur və digər insanlarla təmas edərək digərlərini yoluxdururlar. Xəstəliyi gizlətdikləri üçün yoluxma da artır".