Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6087 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 381 846 test aparılıb. İndiyədək 119 nəfər COVID-19-dan dünyasını dəyişib, 5583 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 4255 nəfərdir. 136 nəfər reanimasiyada, 28 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 387 yoluxma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib, 274 pasiyent sağalıb.