Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

Unikal.org-un "news.am"a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 10 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 78 nəfərə çatıb.

Bildirilib ki, son sutkada virusa yoluxanlardan 11 nəfər sağalıb, bununla da indiyədək sağaların ümumi sayı 54 olub. Hazırda 91 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.