Azərbaycanda koronavirusla bağlı 7 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5013 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 339 876-ya çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 155, süni tənəffüs cihazında olan xəstə sayı 20-dir.

Bu günədək Azərbaycanda 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.