İtalyan "Milan" futbol klubunun forvardı Zlatan İbrahimoviç məşq zamanı əzələ zədəsi alıb.

Unikal.org TASS-a istinadən verdiyi məlumata görə, zədənin ciddiliyi tibbi müayinədən sonra bilinəcək. Hazırda futbolçu məşqləri dayandırıb.

Klubda idmançının uzun müddət oyunlardan uzaqlaşdırılmasından narahatdırlar. Daha əvvəl oxşar zədəyə görə futbolçu yanvar-fevral aylarında bir sıra matçları buraxmalı olub.

Z.İbrahimoviçin "Milan"la hazırkı müqaviləsi 30 iyun 2020-ci ilə qədərdir. Cari mövsümdə oyunçu 10 matç keçirib, 4 qol vurub və bir qolla nəticələnən faydalı ötürmə edib.