İtaliyanın “Roma” klubunun sabiq futbolçusu Jozef Buasse vəfat edib.

Unikal.org xəbər verir ki, 21 yaşlı kamerunlu ürəktutmasından ölüb.

2017-ci ildə “Roma”nın heyətində olan afrikalı heç bir rəsmi matçda meydana çıxmayıb. Paytaxt təmsilçisi ilə müqaviləsi 2018-ci ildə başa çatan Buasse gənclərdən ibarət komandanın oyunlarında şans qazanıb.