Ümumiyyətlə, son aylar ölkəmizdə çoxvektorlu və köklü islahatlara başlanılıb.

Bu islahatlar demək olar ki, bütün sahələri, sektorları əhatə edir. Qanunsuzluğa yol vermiş yüksək çinli məmurlar qanunun tələblərinə müvafiq olaraq cəzalarını alırlar. Əlbəttə, birbaşa Prezident İlham Əliyevin iradəsi və əzmi ilə başladılan bu islahatlar birmənalı təqdir olunmalıdır və olunur da. Amma bu işlərdə “əmma”lar da olmamış deyil. Nədir bu “əmma”lar ? Əmma odur ki, bəziləri “fürsət”i fövtə vermədən təmiz, fəaliyyətləri göz yaşı kimi duru olan insanları ləkələməyə çalışırlar. Bu isə əslində islahatlar prosesinə bir sabotajdır. Sürətlə irəliləyən velosipedin  təkərinə çomaq soxmaq və suyu bulandırmağa cəhddir  və bəlkə də, qəsddir. Məsələn, elə bu günlərdə belə arzuolunmaz hallardan biri ilə daim Azərbaycan hökuməti, dövlət və dövlətçiliyinə yorulmadan, səmimi və şəffaf şəkildə, dişi, dırnağı ilə  xidmət  edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov üzləşib.

Unikal.org xəbər verir ki, “reket” saytların birində F.Umudova qarşı “Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti  “krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT” başlıqlı  qarayaxma və iftira ruhlu yazı yazılıb və ya yazdırılıb. Əlbəttə, bu birinci hal deyil. Heç uzağa getməyək, bir müddət öncə “F.Umudov idmaçıların geyimlərini satır” deyib, vitse-prezidentə çamur atmağa çalışan bir gəncin sonradanbu sözləri sifarişlə dediyini etiraf etməsi faktı heç kimə sirr deyil. Gəlin, hələ aysberqin görünən tərəfindən danışaq. Firdovsi Umudov kimdir, haradan gəlib, indi haradadır və bu məmləkət üçün nələr edib, edir və edəcək?
F.Umudov fəhlə ailəsində böyüyüb. 
F.Umudov bu gözəlim məmləkətin şanlı bayrağını dalğalandrmaqdan başqa hansı işi görüb ki? Ruhu, canı, qanı, milli şüuru və əqidəsi milli məfkurə ilə yoğrulmuş bir adam başqa hansı işlə məşğul ola bilər ki?! F.Umudov çiyinlərini şərəfli bir missiyanın altına verib və o yükü də yorulmadan, usanmadan, ləyaqətlə daşıyıb, daşıyır və daşıyacaq. F.Umudovun al-qırımızı üçrəngli bayrağımızı xarici ölkələrdə, beynəlxalq arenalarda şərəf və ləyaqətlə dalğalandırması, onu yüksəklərə ucaltması niyə kimlərinsə zoruna gəlir ?! Biz belə bilirdik ki, Azərbaycan bayrağının daim göyün ənginliklərində dalğalanmasından yalnız ermənilər və onların havadarları narahatlıq keçirir. Görünür, yanılmışıq, F.Umudovun bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirməsi sapı özümüzdən olan erməni xislətli “balta”ları da əndişəyə salıbmış. Atalarımız düz deyir: “Qurd ağacı öz içində yeyər”. Amma narahat olmayın bu dəfə siz ceviz qurdunun - Bu qurd cevizin içərisinə daxil olur, onun içindən bir az yeyir, sonda oradan çıxa bilməyib, partlayıb ölür-  vəziyyətinə düşəcəksiniz. Yəni bu əməlləriniz öz başınızda çatlayacaq. Axı atalarımız onu da deyib ki : “Günəşə ləkə, palçıq yapışmaz”. Bəli, kimisə ləkələmək istəyənlərin özləri xirtədəyəcən çirkaba bulaşdıqları üçün pak insanları qaralamağa, təxribat hədəfinə çevirməyə can atırlar. Müasir Azərbaycan siyasi tarixini az-çox bilən hər kəs kimin haradan, haraya gəldiyini, kimin əqidə, mövqe və yumşaq desək qoltuq dəyişdiyini, kimin zamanında əks mövqedə dayanıb, yüz minlərlə üzvü olan Yeni Azərbaycan Partiyasına (YAP) qarşı olmazın həqarətlər yağdırdığını gözəl xatırlayır. Həmin dönəmdə məhz F.Umudov bu meşşanların( İctimai görüş dairəsi dar, alverçi təfəkkürlü, xırda mülkiyyətçi əhvali-ruhiyyədə olan adam) qarşısına çıxıb, onları doğru və ədalətli yola dəvət etmişdi. Kimsə iddia edə bilməz ki, vitse-prezident bir dəfə belə olsun, əqidə, mövqe dəyişib. YAP-ın müəyyən etdiyi siyasi kursa asi çıxıb. F.Umudovu hədəfə alan qargüruhçuları da narahat edən onun keçmişi və indisi ilə bağlı heç bir mübhəm məqamın olmamasıdır. Amma bu təfriqəçi diletantların işi-peşəsi xəyanət etmək olub. Bir zamanlar təmsil olunduqları “cəbhəyə”, o “cəbhə”də “silahdaş”, “əqidədaş” “qardaş” dediklərinə xəyanət edərək, dönük çıxıblar. Xəyanətin isə azı-çoxu olmur. Az xəyanət, çox xəyanət olmur. İstər bir dəfə, istər yüz dəfə et, bunun bir adı olur: xəyanət ! Azərbaycan cəmiyyəti də bu xəyanətkarların siyasi, insani və sosial keçmişlərinin qüsurlu olduğunu yaxşı bilir. Yəni dünən “qardaş”, “köhnə dost” adlandırdığını asanlıqla satan, sabah istənilən adamı yarı yolda buraxa bilər. Məhz ona görə də heç bir ağıllı, müdrik insan bu cür təxribatçıların ipinin üstünə odun yığmaz və yığmırlar da...  Fikir verin, intiqam hissi ilə alışıb-yanan bu simasızlar indi də üzərində minlərlə şəhidin, qazinin qanı olan üçrəngli bayrağımızı dünyada tanıdan, beynəlxalq arenalarda, tribunalarda vicdanla və hünərlə dalğalandıran bir şəxsiyyətə qarşı “qara piar” kampaniyası aparırlar. Bu, vətənə, şəhidə, onun ruhuna və qazisinə xəyanət deyilmi? Görünür,ölkəmizdə  “5-ci kolon”a xidmət edənlər, mahiyyətini, xarakterini təfriqəçilik təşkil edənlər F.Umudovun vətəninə, dövlətinə, bayrağına şərəfli xidmətindən əndişələnirlər. F.Umudov daim bəyan edib: “Mən dövlətimin əsgəriyəm və amalın ölkəmizi dünyada layiqincə təmsil etməkdir”. F.Umudovun sözü ilə əməli üst-üstə düşmürmü? Əlbəttə, düşür. Və bu faktı tək biz yox, dünya görür. Onun Azərbaycan bayrağı və idmanı uğurunda necə qəlbən fədakarlıq etməsi eynəksiz də görünür. Heç kimə sirr deyil ki, vitse-prezident ən qatı və radikallaşmış erməni lobbisinin “təşəkkül tapdığı” ölkələrdə canı, qanı bahasına üçrəngli bayrağımızı başı üzərinə qaldıraraq, dalğalandırıb. Bəzi ölkələrdə ya vəlvələdən, ya da zəlzələdən şanlı bayrağmızla bağlı yaradılan qalmaqallarda vitse-prezidentin dərhal kəskin reaksiya verib, bunu edənlərin üzür diləməsinə nail olub, məsələni yoluna qoyması təkzibolunmaz fakdır axı. Yalnız mənəviyyatı və vicdanı kasıb, kasad olanlar bunu görməzdən gələ bilər. Güləş generalına qarşı belə şər-şəbədə dolu böhtanları yazdıranları da məhz bu narahat edir. Axı F.Umudov vətəninə, millətinə, Ali Baş Komandanına sadiq əsgərdi. Çünki F.Umudov yalnız bir amal, bir əqidə arxasınca qaçıb. Bu da ölkəmizin müstəqilliyinin əbədi olması, bayrağımızın daim dünya arenalarında ucaldılması və Azərbaycan kimi gənc bir ölkənin dünyada tanıdılmasıdır. Görünür, bu, onun uğurlarını, dövlətə, dövlətçiliyə və ən əsası ölkə başçısı cənab İlham Əliyevə sədaqətini həzm edə bilməyən xamilyon, hər gün bir rəngə, ruha düşənlərin “fəaliyyəti”nə mane olur. F.Umudov bu səviyyəyə hansısa partiyadan, siyasi əqidəsini dəyişə-dəyişə, təxribatlar törədə-törədə, paklara iftira ata-ata gəlməyib. Bir kənddə doğulub, halal, zəhmətkeş, əməksevər bir kişinin halal çörəyini yeyib böyüyüb. Alnının təri, polad iradəsi və əzmi nəticəsində addım-addım bu olimpə yüksəlib. Bizim asanlıqla addım dediyimiz sözlərin hər birinin arxasında böyük zəhmət, hallallıq və yüksək insani keyfiyyət dayanır. Axı o Azərbaycan ictimaiyyətinin gözü qarşısında xalçadan, güləşə-güləşə, qalib gəlib bayrağımızı ucalda-ucalda bu zirvəyə yüksəlib. İdmanla cəmi 10 gün məşğul olan adam bilir ki, hansısa xarici ölkədə bayraq ucaltmaq hansı əziyyətlər hesabına başa gəlir. Böyük nailiyyətlər qazanıb, Vətənini sevdirib, ölkəsini tanıdıb. İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Ümumilli liderin uzaqgörən siyasətinin layiqli davamçısı cənab İlham Əliyev onun bu zəhmətini yüksək qiymətləndirib. F.Umudov da öz növbəsində dövlət tərəfindən verilən mükafatı xalqı ilə  daim bölüşüb, bölüşür. Koronavirus pandemiyasının tüğyan etdiyi dönəmdə bunun canlı şahidi olduq. Çoxsaylı imkansız, yoxsul ailəyə, qucağında yardım daşımadımı,  yardım əli uzatmadımı? ! Bəlkə, bunu da inkar edəsiniz?! Bir sözlə, F.Umudovun qiymətini, dəyərini Ulu Öndər və onun layiqli davamçısı cənab İlham Əliyev verib.  F.Umudov da bütün fəaliyyəti müddətində ona göstərilən etimadı doğruldub, doğruldur və doğruldacaq. 
Keçək digər bir böhtana. “Yazı”nın “müəllifi” qeyd edir: “Polkovnik Nemət Pənahovun qayınatası (F.Umudovun atası) da Qazax rayonunda tanınan şəxslərdən hesab olunur. Bildirilir ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində Pənahovun qayınatası qeyri-rəsmi sövdələşmələrin əsas simalarından biridir”.

Bu hədyan dolu cümləni yazan və yazdıran da bilsin ki,  F.Umudovun atası, babası, hətta ulu babası da əkinçilik və maldarlıqla məşğul olub. Bu gün də atası Qəmnalı kişi həmin işlərlə məşğuldur. Sadə, siravi, əməksevər bir kəndlidir. Öz mal-qarası, bağ-bağatı ilə məşğul olan bir ahıl kişidir. Bunu Qazaxda yaşayan hər bir kəs gözəl bilir. Olduqca xırda bir araşdırma aparmaq bəs edir ki, Qəmnalı kişinin necə zəhmətkeş bir insan olmasının şahidi olasan. Sizin yazdığınız o “sövdələşmə” sözü o adamın ruhuna o qədər yaddır ki... O, kənddə, evində oturub, mal-qarası, öt-çöpü, əkin-biçini ilə başını qatır. Zəhmətkeş bir ağsaqqalın adınının belə qarayaxmalarda hallandırılması xəstə təfəkkürün təzahürü deyilmi? Bundan böyük nə absurdizm ola bilər axı ?! Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə şah qanun deyil, qanun şahdır. Sizi bilmirik, biz ölkəmizin qanunlarını  həmişə ŞAH hesab etmişik və münaisbətimiz dəyişməzdir. Axı F.Umudovun atası “sövdələşməyə” gedib deməklə siz həm də qanunlarımızı həqarət edirsiniz. Azərbaycanı ictimaiyyətə qanunun işləmədiyi bir ölkə kimi təqdim etməyə səy göstərirsiniz. Bunun özü ölkəmizi, dövlət, dövlətçilik və qanunlarımızı gözdən salmaq, təhdid etmək deyilmi? Buna nə ad qoyaq bəs? İllərdir, ən ali səviyyədə Azərbaycanın hüquqi və demokratik ölkə olması dəfələrlə bəyan edilib. Necə olar bilər ki, qanun, hüquq ölkəsində yaşlı bir kişi “sövdələşmə”yə getsin. Verilən, yayılan xəbərin bir istinadı, rəsmi təsdiqi olmalıdır. Əgər bu gün bunun bir rəsmi təsdiqi yoxdursa (ola da bilməz), bu, sizin “yazı”nızın qərəzli və sifarişli olması anlamına gəlmirmi?! Peşəkar media və jurnalist yazdığı yazını ən azı 3 mənbədən dəqiqləşdirməli və ittiham olunan şəxslə əlaqə saxlayıb, ittihamlara cavab almalıdır. Nə rəsmi təsdiq var, nə də ittiham olunanın mövqeyi. Azərbaycan ictimaiyyəti də gözəl bilir ki, bu “mətn” qərəzli, cılız və mənən yoxsul insanların “İrəli gedənin ayağından çəkib geri salma” kimi ucuz paxıllıq hissindən başqa bir şey deyil.   
Başqa bir məqama diqqət edək. Həmçinin,  “yazı”da bildirilir: “Ümumilikdə isə Firdovsi Umudovun illərlə Nemət Pənahova hamilik etdiyi, yaranan problemlərinin həllində əsas söz sahibi olduğu qeyd edilir”. 

Birinci, bu cümlədəki “Söz sahibi olduğu qeyd edilir”  ifadələrindən bunun böhtan olduğu aydın görünür. Axı adama sual verərlər bunu qeyd edən kimdir, niyə çıxıb qeyd etmir, danışmır? İkincisi də qanunda da, dində də hər kəs öz adı ilə çağrılır. Yəni kiminsə yanlışı (hələ tam dəqiq bilinmir), başqasının ayağına niyə yazılmalıdır?! Bunun nə hüquqi əsası var, nə də dini. Hər kəs öz adı ilə tanınır və çağrılır. Lap el dili ilə desək, hər kəs öz çəpərinin qırağına cavabdehdir. 

Üstəgəl,  Nemət Pənahov həmin qurumda çalışanda F.Umudov heç o qurumun qapısını belə tanımırdı.  Polkovnik o müəssisədə F.Umudovdan illər öncə çalışıb. DSX-nın məktəbini bitirmiş bir kadr olub.Və bu gün onun hansısa xoşagəlməz bir əməli üzə çıxıbsa, onu təmiz bir adamın uğurlarını, fəaliyyətini, bütövlükdə reputasiyasını zədələmək üçün istifadə etmək dələduzluq deyilmi? Atalarımızın yaxşı bir sözü var: “Hər kəsi öz adıyla çağırırlar”. Hətta bir atanın əkib, bir ananın doğduğu iki qardaş görmüşük ki, biri oxuyub alim olub, digəri də bu “yazı”nı sifariş verib yazdıranlar kimi xəbis. Belə naqis insanlara el arasında “dolmuş pampers”lər deyirlər. Bəli məhz dolmuş pampers. Yəni qaldıqca pis iy qoxan, lazımsız əşya. 

Sonda qeyd edək ki, əlbəttə, bar verən ağaca həmişə daş atanlar tapılır. Sadəcə, biz mədəniyyətimizə sığınıb susduqca bu daş atan cəsarətlənirdi. Yaxşı bir deyim var: “Mədəni adam mədəniyyətinə sığınıb, susur, mədəniyyətsiz də elə düşünür ki, ondan qorxdular”. Amma bu dəfə elə olmayacaq. Onu yazan da , sifariş verən də layiqli cəzasını alacaq. Sonda möhtərəm Ali Baş Komandanın bu sayaq şər-böhtan yazan və yazdıranlara, mediadan şər-böhtan vasitəsi kimi istifadə edənlərə etdiyi son xəbərdarlığı xatırladırıq. Əlbəttə, belə “adam”lar əməllərinə görə, qanun qarşısında cavab verməli olacaqlar.