ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya və "Suriya Demokratik Qüvvələri"nin İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyatı keçirilib.

Unikal.org xarici mətbuata istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının iki lideri məhv edilib.

Bildirilir ki, qruplaşmanın liderləri Əhməd İsa İsmayıl əz-Zavi və Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi məhv edildiyi əməliyyat mayın 17-si keçirilib.

Qeyd edilir ki, Əhməd İsa İsmayıl əz-Zavi Bağdadın şimalında rəhbərliyin göstərişlərinin qruplaşma üzvləri arasında yayılması, Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi isə silahların əldə olunması və daşınması ilə məşğul olublar.