Sudanda dəhşətli qəza hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə polisi tərəfindən edilən açıqlamada qəzanın qərb bölgəsindəki Darfur əyalətində baş verdiyi bildirilib. Yük maşını ilə "TIR"ın toqquşması nəticəsində 43 nəfər həlak olub, 31 nəfər isə xəsarət alıb.

Vəziyyəti ağır olan yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.