Paytaxt Bakının rayonları üzrə ən çox koronavirusa yoluxma Yasamal rayonun üzərinə düşür.

Unikal.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, ötən həftənin şənbə günündən bu günədək Bakının

Yasamal rayonunda - 16 faiz,

Nəsimi rayonu - 14.8 faiz,

Sabunçu rayonu - 13.8 faiz,

Nərimanov rayonu -11.3 faiz, 

Binəqədi rayonu -10.6 faiz, 

Xətai rayonu - 9.4 faiz, 

Qaradağ rayonu 8.4 faiz, 

Suraxanı rayonu - 5.4 faiz, 

Nizami rayonu - 4.9 faiz, 

Xəzər rayonu - 3.1 faiz,

Səbail rayonu -1.8 faiz,

Pirallahı rayonu - 0.4 faiz

koronavirusa yoluxma halı qeydə alınıb.