Meksika sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti açıqlama verib.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri San-Xose-del-Kabo şəhərindən 200 km cənub-şərqdə yerləşib. Zəlzələnin hiposentrinin isə 10 km dərinlikdə olduğu bildirilib.

Sunami xəbərdarlığı edilməyib.