Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyevin gənc oğlu dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, 31 yaşlı Elvin Əliyev yıxılaraq, başı betona dəyib. O , xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. E.Əliyev ailəli olub. Mərhum Baş Dövlət Yol Polisi İdarəsində işləyirdi.

****

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyevin gənc oğlu vəfat edib.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Əliyevin 30 yaşlı oğlu insult keçirib və xəstəxanaya yerləşdirilsə də, vəfat edib. 

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub.

Famil Fərhadoğlu