Rusiyanın Perm şəhərində 56 yaşlı kişi valideynlərini döyərək öldürüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin Perm əyaləti üzrə idarəsindən məlumat verilib.

Kişi müxtəlif alətlərdən istifadə etməklə, 87 yaşlı anasını və 82 yaşlı atasını döyüb. Nəticədə, ana hadisə yerindəcə keçinib, ata isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Saxlanılan şəxsin pisixi problemlərinin olduğu üzə çıxıb. O, bununla bağlı müvafiq müalicə də alıb.

Faktla bağlı araşdırmalar davam edir.