ABŞ-ın “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxmaq barədə qərarından sonra NATO fövqəladə toplantı keçirəcək.

Unikal.org xəbər verir ki, bu barədə “TASS”a Brüsseldəki mənbə bildirib.

İclas, 22 mayda səfirlər səviyyəsində baş tutacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır.