Bildiyiniz kimi, Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) Avropa ölkələrində geniş yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya, Fransa, İngiltərə və İspaniya kimi ölkələrdən artıq bi neçə gündür ki, koronavirusa yoluxanların və bu səbəbdən həyatını itirənlərin sayında azalma müşahidə olunur.

Lakin havaların isinməsindən sonra əksər avropalılar çimərliklərə üz tutmağa başlayıb. Mütəxəssislərin fikrinə görə, koronavirusun ikinci dalğası çimərliklərdə insanların çox toplaşması nəticəsində baş verə bilər.

Həmçinin qeyd olunub ki, İngiltərədə 19-30 yaş arası vətəndaşların əksəriyyəti koronavirusu ciddiyə almır.