İranda 10 minə yaxın tibb işçisi yeni koronavirusa yoluxub.

Unikal.org "ILNA"ya istinadən xəbər verir ki, "İranda 10 minə yaxın tibb işçisi ölümcül xəstəliyə yoluxub, bəziləri isə ölüb" - deyə, xəbər agentliyi Qasım Canbabaydan sitat gətirib.

ABŞ-ın tətbiq etdiyi sanksiyalar İranın sürətlə yayılan virusla mübarizəsinə mane olsa da, bəzi tibb mütəxəssisləri virusun yayılmasında əsas günahkarların hökumət və dini liderlər olduğunu deyir. Belə ki, onlar virusun yayılması ilə bağlı məlumatları gizlədir.

Hökumətin rəsmi rəqəmləri təxminən 100 min insanın virusa yoluxduğunu, 6500 nəfərin həyatını itirdiyini göstərib. Lakin İran parlamentinin tədqiqat qrupunun hazırladığı hesabatda yoluxmaların sayının 10 dəfədən çox ola bildiyi və İranın koronavirusun ən ağır zərbə vurduğu ölkələr sırasında olduğu göstərilib. Hesabatda ölənlərin sayının Səhiyyə Nazirliyinin açıqladığından 80 faiz yüksək ola biləcəyi deyilib.