Türkiyədə son gün ərzində daha 27 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, son 24 saatda 33 633 nəfər koronavirus testindən keçib, onlardan 1003-nün  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4249 nəfər ölüb, 153548 nəfər bu infeksiyaya yoluxub, 114990 nəfəri isə müalicə olunub. 

Bu gün 1092 xəstə evə buraxılıb.