Cənubi Afrika Respublikasında (CAR) koronavirusa yoluxan iki günlük körpə dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Naziri Zveli Mkhize ictimaiyyətə verdiyi açıqlamasında "Təəssüflər olsun ki, "Covid-19" səbəbindən ilk azyaşlının ölümü qeyd alındı" sözlərini deyib.

Bildirilib ki, körpəsini dünyaya gətirməzdən öncə onun anasına da koronavirus testi edilib. Nəticə isə pozitiv çıxıb.

Qeyd edək ki, CAR-da 18 003 nəfər koronavirusa yoluxub, onlardan 339-u bu səbəbdən vəfat edib.